Bakinar Konsaltinq şirkəti insan qaynaqlarının idarə edilməsi, kadr sənədlərinin hazırlanması, əmək müqavilələrin bağlanması xidmətlərini təklif edir. Kompleks kadr və idarəetmə xidmətlərinə aşağıdakılar daxildir:
Kadr fəaliyyətinin sənədləşməsi
- İşə qəbul edilən işçi ilə əmək müqaviləsi üçün lazım olan sənədlərin yığılması, vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);
- Yeni işçilərə əmək kitabçalarının açılması;
- Yeni işçilərin Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması;
- İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
- İşdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması;
- Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
- İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
- Dövlət orqanlarına hesabatların vaxtında verilməsi;
- Məzuniyyət dövrünün hesablanması və bütün işçilərin məzuniyyətə çıxmalarının təmin edilməsi;
- Qanunvericiliyə uyğun olaraq müvafiq sahələrin içşilərinə “Tibbi müayinə” kartlarının alınması və icbari tibbi sığorta olunması və b.
Kadr siyasətinin inkişaf strategiyasının hazırlanması
- Kadr fəaliyyətinin təhlili və proqnozlaşdırılması;
- Müəssisə və təşkilatların işçi heyətinin əmək potensialının məqsəd və hədəflərə yönəldilməsi və b.
Kadrların seçilməsi və yerləşdirilməsi (rekrutment xidmətləri)
- Vəzifə tələblərinin müəyyən edilməsi və vəzifə təlimatlarının hazırlanması;
- İşçi seçimi yolunun təyin edilməsi və elanların verilməsi;
- Test bankının formalaşdırılmasında vəzifələr;
- Müsahibələrin təşkili, keçirilməsi və nəticələrin dəyərləndirilməsi;
- Təyinatların aparılması və b.
İşçi heyətin fəaliyyətinin dəyərləndirilməsi
- Fəaliyyətin dəyərləndirilməsi ilə bağlı uyğun sənədlərin hazırlanması;
- Məqsəd və hədəflərin müəyyənləşdirilməsi;
- Fəaliyyətin dəyərləndirilməsi meyarları;
- Dəyərləndirmənin həyata keçirilməsi;
- Nəticələrin təhlili, hesabatın hazırlanması;
- Dəyərləndirmə nəticələri üzrə uyğun qərarların qəbul edilməsi və b.
Əlavə təhsil və təlim sisteminin tətbiqi
- Əlavə təhsil və onun məqsədləri;
- Təlimlər və onun məqsədləri;
- Əlavə təhsil və təlim ehtiyaclarının müəyyən edilməsi;
- Əlavə təhsil və təlim ehtiyaclarını həyata keçirən qurumlar və b.
Korporativ mədəniyyət
- Etik davranış qaydaları və onun formalaşdırılması;
- Konfliktlərin araşdırılması, onların qarşısının alınması və b.
İnsan qaynaqları departamentinin və işçi heyətinin kvalifikasiya səviyyəsinin müəyyən edilməsi
- Vəzifəli şəxlərin tutduqları vəzifəyə uyğunluğunun müəyyən edilməsi ilə bağlı müsahibələrin keçirilməsi;
- Müəssisə və təşkilatlarda İnsan resursları departamantinin təşkilati-hüquqi əsaslarının qiymətləndirilməsi və b.
İnsan qaynaqları ilə bağlı bütün sorğu və istəklərinizi hr [at] bakinar.com email ünvanına göndərə bilərsiniz. CV faylınızı göndərərkən emailin başlığında iddia etdiyiniz peşə sahəsinin qeyd olunması mütləqdir.