Vergi hesabatlarının hazırlanması

Kommersiya təşkilatları və fərdi sahibkarlar vahid dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra Vergilər Nazirliyi və başqa dövlət orqanlarına hesabatlarının hazırlanması öhdəliyi yaranır. Belə olduqda qurumun profilinə aid olmayan funksiyalarının başqa ixtisaslaşdırılmış şirkətlərə verilməsi ilə şirkətin fəaliyyəti optimizasiya edilir ki, buna autsorsinq (ingiliscə outsourcing – xaricə çıxarılma) deyilir. Dünya təcrübəsində peşəkar mütəxəssislərin ştatda saxlanmasının yerinə bu sahədə ixtisaslaşmış şirkətlərin xidmətlərindən istifadə edilməsi geniş yayılmışdır.

Çoxfunksiyalı Bakinar Konsaltinq şirkəti uzun illər ərzində vergi hesabatlarının hazırlanmasında ixtisaslaşmış təcrübəli mühasiblər komandasıdır. Profesionallar istənilən kommersiya təşkilatının hesabatının güvənli şəkildə hazırlanmasında yardım etməyə hazırdır.

Bakinar Konsaltinq şirkətinin əməkdaşları müştərilərə düzgün hesabatların hazırlanmasında və vaxtında göndərilməsində hərtərəfli dəstək göstərir. Biznes sahiblərinə, fiziki şəxslərə və hətta böyük qurumlara vergi hesabatlarının aparılması xidmətini təklif edirik. Xidmətlərin icra olunmasına təcrübəli və nüfuzlu mütəxəssislər cəlb olunur.

Məxfilik, qarşılıqlı hörmət və məsuliyyət, legitimlik, səlahiyyətlərin icrasına zəmanət və müştərilərin maraqları hər zaman Bakinar Konsaltinqin prioritetləri olaraq qalacaq.