Startap kimlər üçündür? Startapla adi biznesin fərqləri

Startup kimlər üçündür? Startupla adi biznesin fərqləri

Bir cümlə ilə startapın tərifini verməyə çalışaq: Başlamaqda olan kiçik biznesin tam bir kommersiya qurumuna çevrilənə qədər keçdiyi yola startap deyilir. Əslində isə tərif vermək o qədər də önəmli deyil. Kimlərsə restoran, kafe, gözəllik salonu, ya da kiçik stomatologiya ofisini açdıqda onu startap adlandıra bilər. Haradasa bunda həqiqət də var. Kimlərsə razılaşmırsa, onlar da haqlıdırlar: biznesin bu forması çox yenidir və hələ sona qədər araşdırılmayıb. Biz də istərdik ki, sadəcə yeni biznesə başlayanların yararlanabiləcəyi nöqtələrə toxunaq. Beləliklə.

Startap adi biznesdən nə ilə fərqlənir?

Fərq 1: Startapa kiçik kapitalla başlamaq olar. İlk fərq ondadır ki, biznes açmaq üçün haradasa tam heyət olmalıdır. Heyət tam olmasa da, ofis, çalışacağı bazar, gəlir götürmə yolları.. ən əsası isə məhsul hazır olmalıdır. Startaplar isə kiçik bir heyətlə də başlaya bilər. Ola bilər ki, sadəcə bir insanın proyekti olsun. Ofis o qədər də önəmli deyil, çünki planda hələ bir, ya bir neçə il gəlir götürmədən işləmək ola bilər. Bu hər bir startapa başlamadan nəzərə alınmalıdır. Məhsul isə yaxşı olar ki, istifadəçilərin sayını artırmaq, gələcək bazarı yaratmaq üçün pulsuz (ya da qeydiyyat qarşılığında) paylansın. Yetər ki, hər kəs sizin məhsula toxunsun. Çatışmazlıqları da bahalı yoxlama laboratoriyalarında deyil, tam iş başında görəsiniz. Hər bir addım istehsal xərclərinin azalmasına aparır, elə deyilmi?!

Fərq 2: İnvestor həm də startapın heyətində yer alır. Xərclərin çox müxtəlif olmasıyla birlikdə, ilkin kapitalın tapılması yollarında da fərqlər var. Belə ki, yeni yaradılan kiçik bizneslər kredit və ya qrantlar hesabına maliyyələşirsə, startaplar isə başlıca olaraq investorlar və sərmayə qoyan şirkətlərdən asılı olur. Çünki startupların sonda nə qədər uğur gətirəcəyini, yoxsa tamamilə batacağını öncədən hesablamaq çox çətindir.

Burdan yola çıxsaq, maliyyələşmə kanallarının fəqli olması nəticəsində startaplar başlanılmaqda olan bizneslərlə müqayisədə daha çox dəstək alırlar və almağa məcburdurlar da. Çünki, işin böyük parçası yatırım edərək riskə getmiş investor və sərmayə şirkətlərinin payına düşür.

Fərq 3: Startapların dəqiq düşünülmüş inkişaf planı və qeyri-müəyyən sonu. Özəl biznesə başlayarkən öncədən çıxış planı əlinizdə olmaya da bilər. Hər halda əgər işlər getməzsə, verəcəyiniz qərarlar sizdən asılı olacaq. Ancaq startap üçün investor axtararkən çıxış planının olması şərtdir. Görüləcək işlər, inkişaf strategiyası öncədən xırdalıqlarına qədər planlaşdırılmalıdır. Qarşıya qoyulmuş vaxt ərzində düşünülmüş işlərin aparılması mümkün olmadıqda investor nə edəcək? Bu sualın cavabı sizdə yoxdursa, investor tapmaq çətin olacaq. Bəlkə də çətin olmaz: əgər sizin artıq böyük biznesə çevirdiyiniz startaplar varsa, onları nümunə göstərin.

Startup nədir? Startapla adi biznesin fərqi

Startup nədir? Startapla adi biznesin fərqi
Startup nədir? Startapla adi biznesin fərqi
Startup nədir? Startapla adi biznesin fərqi
Startup nədir? Startapla adi biznesin fərqi
Startup nədir? Startapla adi biznesin fərqi
Startup nədir? Startapla adi biznesin fərqi

Startapla adi biznesin fərqləri

Kimlər startap biznesinə başlaya bilər

Hər kəs bir startapa başlaya bilər. Ancaq yaxşı olar ki, hər kəs başlasın. Bəlkə də sizin başladacağınız yeni biznes çoxlarına iş yeri, çıxış yolu və rahatlıq gətirəcək?! Nə üçün özünüzü sınamayasınız? Əgər aşağıdakı xüsusiyyətlər sizdə varsa, əmin olun ki, startaplar tam sizə görədir.

  • Əgər çalışmaq sizin qanınızdadırsa. Startap biznesi tam sizin kimi insanlar üçündür. Yaradıcılıq prosesində qarşıya çıxan çətinlikləri çözmək və heç nəyə baxmadan irəliyə doğru addımlamağı sevən insanlar bu biznes yolunu seçməlidir.
  • Məhsul və ya xidmətinizin böyük bazara çıxması gərəkdirsə. Startapların başlanmasında ən böyük səbəblərdən biri (bəlkə də birincisi) onun bütün internet istifadəçilərinə çatdırılmasındadır. Əgər kiçik biznesiniz yaxşı gedirsə, onu böyük bir şirkətə çevirmək üçün çıxış yolunu tapın.
  • Biznesə başlamaq üçün nəysə çatışmırsa. Ola bilər ki, dayanmadan çalışmaq, həm də özünüz üçün çalışmaq sizin arzunuzdur. Biznesə başlamaq üçün hazır məhsul və ya xidmətlər (ola bilər ki, sadəcə planınız) var. Amma risk etmirsiniz. Həm də biznesə başlamaq üçün sadəcə gözəl ideya ilə işlər həll olunmur. Ortağınız peşəkar marketoloq, proqramçı, ya da bir texnik olarsa çatışmazlığı aradan qaldırmaq asan olar.
  • Siz innovatorsunuzsa. Startaplar biznesində yeniliklər çox şeydir. Hər şeyi yeni tapıntıların həll etdiyini deyə bilərik. Buna görə də bütün böyük şirkətlər innovasiyalara böyük pullar ayırır. Onlar uğurlu startapları axtarır və bir neçə il vaxt itirərək onu hazırlamaqdansa işin haqqını ödəyərək startapı almağa hazırdır. Buna görə də yaxşı innovatorun öncədən düşünülmüş çıxış planının olması lazımdır.

Bütün bu keyfiyyətlərdən hansınısa özünüzdə görürsünüzsə mütləq bir startapa başlamaq haqqında düşünməlisiniz.

Mənbə: WEB Dizayn Studiya

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir