İnsan qaynaqlarının idarə edilməsi

Bakinar Konsaltinq şirkəti insan qaynaqlarının idarə edilməsi, kadr sənədlərinin hazırlanması, əmək müqavilələrin bağlanması xidmətlərini təklif edir. Kompleks kadr və idarəetmə xidmətlərinə aşağıdakılar daxildir:

Kadr fəaliyyətinin sənədləşməsi

  • İşə qəbul edilən işçi ilə əmək müqaviləsi üçün lazım olan sənədlərin yığılması, vəzifəyə uyğun olub-olmamasının yoxlanılması və əmək müqaviləsinin bağlanılması (elektron qeydiyyatdan keçirilməsi);
  • Yeni işçilərə əmək kitabçalarının açılması;
  • Yeni işçilərin Elektron Hökumət Portalında onlayn fərdi uçota alınması;
  • İşdən azad edilən işçilərin müvafiq sənədlərinin hazırlanması;
  • İşdən çıxış və işə qəbul edilmə əmrlərinin yazılması;
  • Aylıq iş vaxtının uçot tabelinin tərtib edilməsi;
  • İşçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunması üzrə tədbirlərin görülməsi;
  • Dövlət orqanlarına hesabatların vaxtında verilməsi;
  • Məzuniyyət dövrünün hesablanması və bütün işçilərin məzuniyyətə çıxmalarının təmin edilməsi;
  • Qanunvericiliyə uyğun olaraq müvafiq sahələrin içşilərinə “Tibbi müayinə” kartlarının alınması və icbari tibbi sığorta olunması və b.

Kadr siyasətinin inkişaf strategiyasının hazırlanması

  • Kadr fəaliyyətinin təhlili və proqnozlaşdırılması;
  • Müəssisə və təşkilatların işçi heyətinin əmək potensialının məqsəd və hədəflərə yönəldilməsi və b.

Kadrların seçilməsi və yerləşdirilməsi (rekrutment xidmətləri)

  • Vəzifə tələblərinin müəyyən edilməsi və vəzifə təlimatlarının hazırlanması;
  • İşçi seçimi yolunun təyin edilməsi və elanların verilməsi;
  • Test bankının formalaşdırılmasında vəzifələr;
  • Müsahibələrin təşkili, keçirilməsi və nəticələrin dəyərləndirilməsi;
  • Təyinatların aparılması və b.

İşçi heyətin fəaliyyətinin dəyərləndirilməsi

  • Fəaliyyətin dəyərləndirilməsi ilə bağlı uyğun sənədlərin hazırlanması;
  • Məqsəd və hədəflərin müəyyənləşdirilməsi;
  • Fəaliyyətin dəyərləndirilməsi meyarları;
  • Dəyərləndirmənin həyata keçirilməsi;
  • Nəticələrin təhlili, hesabatın hazırlanması;
  • Dəyərləndirmə nəticələri üzrə uyğun qərarların qəbul edilməsi və b.

Əlavə təhsil və təlim sisteminin tətbiqi

  • Əlavə təhsil və onun məqsədləri;
  • Təlimlər və onun məqsədləri;
  • Əlavə təhsil və təlim ehtiyaclarının müəyyən edilməsi;
  • Əlavə təhsil və təlim ehtiyaclarını həyata keçirən qurumlar və b.

Korporativ mədəniyyət

  • Etik davranış qaydaları və onun formalaşdırılması;
  • Konfliktlərin araşdırılması, onların qarşısının alınması və b.

İnsan qaynaqları departamentinin və işçi heyətinin kvalifikasiya səviyyəsinin müəyyən edilməsi

  • Vəzifəli şəxlərin tutduqları vəzifəyə uyğunluğunun müəyyən edilməsi ilə bağlı müsahibələrin keçirilməsi;
  • Müəssisə və təşkilatlarda İnsan resursları departamantinin təşkilati-hüquqi əsaslarının qiymətləndirilməsi və b.

 

İnsan qaynaqları ilə bağlı bütün sorğu və istəklərinizi hr [at] bakinar.com email ünvanına göndərə bilərsiniz. CV faylınızı göndərərkən emailin başlığında iddia etdiyiniz peşə sahəsinin qeyd olunması mütləqdir.